04 noyabr 2025 12:31
104

Azərbaycanda gələn il inflyasiya azalacaq

Azərbaycan hökuməti bu il orta illik inflyasiyanın 5,4 faiz, 2026-cı ildə isə 4,8 faiz olacağını gözləyir.

“İki sahil” xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Sənədə əsasən, bu il üzrə ölkədən 22,9 milyard ABŞ dolları dəyərində, gələn il üzrə isə 20,7 milyard ABŞ dolları dəyərində malların ixracı gözlənilir. Eyni zamanda bu il üzrə 3,7 milyard dollarlıq, 2026-cı il üzrə isə 4,2 milyard dollarlıq qeyri-neft-qaz ixracı proqnozlaşdırılır.

Bundan başqa, bu il Azərbaycana 17,4 milyard ABŞ dolları həcmində, gələn il üzrə isə 17,8 milyard dəyərində idxal əməliyyatlarının həyata keçiriləcəyi gözlənilir.