04 noyabr 2025 13:40
118

Hazırda ölkədə iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş fəaliyyət davam edir - Mikayıl Cabbarov

Hazırda ölkədə iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş fəaliyyət davam edir və bu fəaliyyətin iqtisadi artıma təsiri müəyyən müddətdən sonra daha aydın şəkildə hiss olunacaq.

“İki sahil” xəbər verir ki,  bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında söyləyib.

O qeyd edib ki, bu baxımdan, Orta Dəhlizin tam fəaliyyətə başlaması orta və uzunmüddətli dövrdə iqtisadi artımın sürətlənməsində mühüm və daimi amillərdən biri olacaq.