Xankəndi şəhərində 8 Noyabr - Zəfər gününün 5-ci ildönümü münasibətilə hərbçilərin yürüşü keçirilir.
“İki sahil” xəbər verir ki, hərbçilərin yürüşü şəhərin mərkəzi meydanından başlayıb.
Məlumata görə, şəxsi heyətin hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə davam edəcək yürüşü Xankəndinin Zəfər meydanında başa çatacaq.
Yürüşü izləmək üçün küçələrə toplaşan şəhər sakinləri hərbçiləri salamlayaraq, Zəfər münasibətilə şüarlar səsləndirirlər. /"Report"/
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar