Səhiyyə sahəsində kadr çatışmazlığı ilə əlaqədar yeni layihə hazırlanıb.
“İki sahil” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
O qeyd edib ki, bu təkliflər Tibb Univeristeti və Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna (ADHTİ) yönəlib:
"Bu təhsil müəssisələrində ailə həkimlərinin hazırlığı ilə bağlı təkliflər hazırlanıb. Qeyd olunanlar məsələnin akademik tərəfidir. Sonradan onların sosial təminatı, rayonlara getmələri məsələsi də cəlbedici olmalıdır. Bununla bağlı da addımlar atılacaq".
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Astanada Beynəlxalq Forumda iştirak edir
Özəl Tibb Müəssisələri Assosiasiyası ali və orta təhsil müəssisələrində beynəlxalq standartlara uyğun ilk tibbi yardım təlimləri keçirib