“Çelsi” ilə oyunda zədələnən “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin durumuna aydınlıq gəlib.
“İki sahil” xəbər verir ki, yarımmüdafiəçi oyundan dərhal sonra müayinədən keçib.
Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.
Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq