06 noyabr 2025 16:18
82

Azərbaycan "Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya"ya qoşulub

Prezident İlham Əliyev Azərbaycanın "Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya"ya qoşulması barədə qanunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, sənəd 2021-ci il yanvarın 27-də Fransanın paytaxtı Parisdə imzalanıb.