06 noyabr 2025 18:38
109

Nensi Pelosi 2026-cı ildə Konqresə namizədliyini irəli sürməyəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, ermənipərəst konqresmen Nensi Pelosi 2026-cı ilin noyabrında Konqresə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

“İki sahil”  bu barədə CNN-ə istinadla xəbər verir.

"Mən yenidən namizədliyimi irəli sürməyəcəyəm", - o bildirib.

85 yaşlı Nensi Pelosi San-Fransiskodakı seçicilərinə ünvanladığı və onun siyasi bioqrafiyasından kadrlarla müşayiət olunan videoçarxda qırx ilə yaxın davam edən karyerasını başa vurduğunu elan edib.