06 noyabr 2025 23:48
101

Qazaxıstan Abraham sazişinə qoşulacağını elan edəcək

Bu gün ABŞ Administrasiyası yeni ölkənin Abraham sazişinə qoşulacağını elan edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof Mayamidə Amerika Biznes Forumumda açıqlayıb. Başqa bir ABŞ rəsmisi “Axios”a bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu saatlarda ABŞ Prezidenti Donald Trampla görüşündə ölkəsinin Abraham sazişinə qoşulacağını bəyan edəcək.

Qeyd edək ki, bu gün Ağ evdə ABŞ prezidenti ilə Mərkəzi Asiyanın 5 ölkəsinin liderləri ilə görüş keçiriləcək.

Abraham sazişi İsrailin ərəb və müsəlman ölkələri ilə münasibətlərinin normallaşmasını nəzərdə tutan razılaşmadır.