İsrail İordan çayının qərb sahilində genişmiqyaslı hərbi əməliyyatın keçirilməsinə hazırlaşır.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bəyan edib
Baş nazirin sözlərinə görə, bu, İsrailin o vaxta qədər İordaniyanın nəzarəti altında olan İordan çayının qərb sahilinə nəzarəti ələ keçirdiyi 1967-ci il altıgünlük müharibədən bəri ən böyük əməliyyat olacaq.
"İsrailin Müdafiə naziri Katz və mən İsrail Müdafiə Qüvvələrinin Yəhudiyyə və Samariyada (İordan çayının qərb sahilinin İsrail terminologiyasındakı adı) çox miqyaslı əməliyyatının planlaşdırılmasına rəhbərlik etmişik. Altıgünlük müharibədən bəri bu miqyasda əməliyyat olmayıb. İsrail Müdafiə Qüvvələri bunu keçirməyə hazırdır. Biz vaxtı müəyyən edəcəyik, lakin bu, tezliklə baş tutacaq", — deyə hökumət başçısının dəftərxanasının yaydığı bəyanatda qeyd edilir.
Mask "Starlink" qərarını Trampın yaxın ətrafı ilə məsləhətləşərək verib - İDDİA