ABŞ Prezidenti Donald Tramp Qazaxıstanın “İbrahim Sazişləri" qoşulan ilk ölkə olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, o, bununla bağlı "Truth" sosial şəbəkəsində yazıb.
“Mən İsrailin Baş naziri Benyamin Netanyahu ilə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında əla bir telefon danışığı apardım. Qazaxıstan mənim ikinci müddətimdə “İbrahim Sazişləri"nə qoşulan ilk ölkədir, bir çoxlarından birincisi. Bu, dünyada körpülərin qurulmasında irəliyə doğru atılmış böyük bir addımdır. Bu gün daha çox millət “İbrahim Sazişləri” vasitəsilə sülh və rifahı qəbul etmək üçün növbəyə durur. Tezliklə bunu rəsmiləşdirmək üçün imza mərasimi elan edəcəyik və bu güc klubuna qoşulmağa çalışan daha çox ölkə var. Ölkələri sabitlik və inkişaf naminə birləşdirməkdə daha çox şey olacaq - Əsl irəliləyiş, əsl nəticələr. SÜLHYARANLAR MÖHTƏŞƏMDİR!”, - Tramp yazıb.