Məşhur iordaniyalı karikaturaçı Omar Momani növbəti əsərini “Qarabağ” komandasına həsr edib.
“İki sahil” xəbər verir ki, o, bunu sosial media hesabında yayımlayıb.
“Qarabağ” “Çelsi”yə qarşı oyunda döyüş ruhu, güc və qələbə ehtirası ortaya qoydu! Bu heç-heçə qalibiyyətə bərabər oldu” - o əsərini bu sözlərlə paylaşıb.
Əsərdə “Qarabağ”ın futbolçusu qəzəbli ifadə ilə mavi rəngli, “Çelsi”nin rəmzi olan şirə hücum edir və onu boğmağa çalışır.
Omar Momani əsasən futbol mövzulu karikaturaları ilə tanınır.

Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir