07 noyabr 2025 08:56
107

Tramp: Özbəkistan ABŞ-ın əsas sektorlarına investisiya yatıracaq

Amerika Birləşmiş Ştatları ilə Özbəkistan arasında inanılmaz Ticarət və İqtisadi Sazişin imzalandığını elan etməkdən məmnunam.

İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.

“Növbəti üç il ərzində Özbəkistan Amerikanın əsas sektorlarına, o cümlədən kritik minerallar, aviasiya, avtomobil ehtiyat hissələri, infrastruktur, kənd təsərrüfatı, enerji və kimya, informasiya texnologiyaları və digər sahələrə təxminən 35 milyard dollar, növbəti 10 ildə isə 100 milyard dollardan çox investisiya yatıracaq. Özbəkistanın çox hörmətli prezidenti Şavkat Mirziyoyevə təşəkkür etmək istəyirəm. Ölkələrimiz arasında uzun və məhsuldar münasibətlər gözləyirik!”, - Tramp əlavə edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”