07 noyabr 2025 09:24
87

Media: Şimali Koreya ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) noyabrın 7-də səhər saatlarında şərq istiqamətində ballistik raket buraxıb.

“İki sahil” xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb. Raketin növü və uçuş məlumatları dəqiqləşdirilir.

Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib.

Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreyanın buraxdığı raketin dənizdə Yaponiyanın məxsusi iqtisadi zonasından kənara düşdüyünü bildirib.

Qeyd edək ki, KXDR bundan əvvəl oktyabrın 22-də qısamənzilli ballistik raket sınağı keçirib. Həmin sınaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin Cənubi Koreyadakı sammiti ərəfəsində baş tutub.