FİFA 2025-ci il üçün “İlin ən yaxşı baş məşqçisi” nominasiyasına namizədlərin siyahısını elan edib.
“İki sahil” xəbər verir ki, siyahı qurumun rəsmi saytında yayımlanıb.
Mükafat uğrunda 7 nəfəd məşqçi mübarizə aparacaq. Qalib milli komandaların baş məşqçiləri və kapitanları arasında aparılacaq sorğu əsasında müəyyənləşəcək.
Namizədlər:
Xavyer Aqirre (Meksika yığması)
Mikel Arteta (“Arsenal” İngiltərə)
Luis Enrike (PSJ Fransa)
Hans-Diter Flik (“Barselona” İspaniya)
Enzo Mareska (“Çelsi” İngiltərə)
Roberto Martines (Portuqaliya millisi)
Arne Slot (“Liverpul” İngiltərə)
Qeyd edək ki, bu nominasiyanın əvvəlki qalibləri bu adları qeyd edilən məşqçilərdir: Karlo Ançelotti (2024), Xosep Qvardiola (2023), Lionel Skaloni (2022), Tomas Tuxel (2021), Yurgen Klopp (2019 və 2020), Didye Deşam (2018), Zinəddin Zidan (2017) və Klaudio Ranyeri (2016).