"Neft Daşları" yatağından işlənilməsinə başlanılandan 01.11.2025 tarixinədək 181,8 mln. ton neft hasil edilib.
SOCAR-dan “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə yataqdan 14,2 mlrd. kubmetr qaz hasil edilib.
Məlumata görə, yataq Bakıdan 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə yerləşir. SOCAR-ın neft-qaz hasilatının təqribən 70%-i sahilə buradan ötürülür.
Xatırladaq ki, yataqda 1949-cu ildə ilk kəşfiyyat quyusu qazılıb, noyabrın 7-də 100 ton/gün hasilatla neft fontan vurub. Bununla, dünyada açıq dənizdə sənaye üsulu ilə neftçıxarmanın əsası qoyulub.
Bakı Kitab Mərkəzində SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib - FOTO
Azərbaycanda ən çox özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır - Özbəkistanın Azərbaycandakı səfiri
“World LNG Summit”: Azərbaycan və Türkiyənin enerji strategiyaları beynəlxalq paneldə diqqət mərkəzində