Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“İki sahil” xəbər verir ki, Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə dövlətimizin başçısını təbrik edərək, bununla bağlı keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü bildirdi.
Qonaq, həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirdi.
Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması məqsədilə imzalanmış sənədlərin tarixi əhəmiyyətinə toxunaraq, bunun regionda davamlı sülhün təmin edilməsində rolunu vurğuladı.
Robert Kalinak Prezident İlham Əliyevin Slovakiyaya səfərini məmnunluqla gözlədiklərini qeyd etdi.
Söhbət zamanı Azərbaycanla Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-sənaye sahələrində genişləndirilməsi üçün imkanların olduğu diqqətə çatdırıldı.
Həmçinin Slovakiyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinin genişləndirilməsinə göstərdiyi dəstəyə toxunuldu.
Vüqar Rəhimzadə: Dəyişikliklər Naxçıvanın inkişaf strategiyasının müasir çağırışlara uyğunlaşdırılmasının təsdiqidir
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının yeni mərhələsi və ŞƏT çərçivəsində yaranan geosiyasi imkanlar təhlil olunub
Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib - FOTO
Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir