Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:
"Əziz həmvətənlər! Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib