08 noyabr 2025 11:06
126

Azərbaycanın tamblinq millisi dünya çempionu olub

Tamblinq üzrə Azərbaycan millisinin üzvləri İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıblar.

Gimnastika Federasiyasından “İki sahil”ə bildirilib ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yığma iki il öncə də dünya çempionatının qalibi olmuşdu.