Vətən müharibəsi Asiya və Avropadakı geosiyasi balansı dəyişdirdi.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.
O bəyan edib ki, Türkiyə bu zəfəri son olaraq deyil, Qafqazda barışa gedən yolun əvvəli olaraq görür:
"Biz davamlı sülhlə bağlı son dərəcədə ümidvarıq. İlham Əliyevin bu sahədə atdığı addımları təqdirəlayiqdir. Ermənistan Baş naziri Nikol Paşinyanın bu istiqamətdə atdığı cəsur addımlarını da izləyirik".
Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP VIII qurultayının çağırışları müzakirə olundu
Azərbaycan “Der Spiegel” nəşrinin yazdıqları ilə bağlı Almaniyaya etiraz bildirib