08 noyabr 2025 21:34
104

Qurban Qurbanovun komandasına qarşı oynayanda... - Okan Buruk

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdan danışıb.

“İki sahil” xəbər verir ki, o, məşhur şərhçi, bir neçə gün öncə Bakıya gəlib Ağdam təmsilçisinin Çempionlar Liqasında “Çelsi”yə qarşı keçirdiyi matçı şərh edən Ertem Şenerə müsahibəsində müsahibəsində Q.Qurbanovdan söz açıb:

“Biz 3 il öncə “Qarabağ”la Bakıda hazırlıq oyunu keçirdik. Orada Qurban Qurbanovu və komandasını tanımaq fürsəti oldu. Bu uğurlar heç biri şans deyil. Qurban Qurbanovun komandasına qarşı oynayanda onun  necə məşqçi olduğunu görmüşdüm. Onun Avropada qazandığı uğurlar mənə sürpriz kimi gəlmir”.