NATO-nun keçmiş baş katibi Yens Stoltenberq 2021-ci ildə Əfqanıstandan qoşunların çıxarılmasını Alyansın ən böyük məğlubiyyəti adlandırıb.
“İki sahil” xəbər verir ki, keçmiş katib bu açıqlamanı "The Times" nəşrinə müsahibəsində verib.
"Bu, NATO-nun ən böyük məğlubiyyətidir. Lakin mən bir çox insanın ağrı və əzablarına baxmayaraq, Əfqanıstandan getmək qərarının düzgün olduğunu hesab etməyə davam edirəm" , - deyə Stoltenberq vurğulayıb.
Xatırladaq ki, ABŞ qoşunları 2001-ci ildən Əfqanıstanda yerləşdirilib və 20 il ərzində 2 000-dən çox amerikalı hərbçi həlak olub.
2020-ci ildə Donald Trampın administrasiyası "Taliban" hərəkatı ilə qoşunların çıxarılması haqqında saziş imzalayıb və 2021-ci ilin yazında NATO və ABŞ öz qoşunlarını ölkədən çıxarmağa başlayıblar.
Xarici qüvvələr getdikdən sonra "Taliban" hərəkatı Əfqanıstan üzərində nəzarəti ələ keçirib.