09 noyabr 2025 20:38
100

“Qarabağ” “Neftçi”ni 2 qolla məğlub etdi

Misli Premyer Liqasının “Zəfər turu” - 11-ci turunda “Qarabağ” “Neftçi”ni qəbul edib.

İki sahil”in məlumatına görə, oyunun 50-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Toral Bayramov hesabı açıb. 84-cü dəqiqədə isə Kamilo Duran ağdamlıların üstünlüyünü iki topa yüksəldib.

Xatırladaq ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə görə "Zəfər turu" adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər saatın 44-cü dəqiqəsində başlanılıb.

Misli Premyer Liqası,

11-ci tur “Zəfər turu”

9 noyabr (bazar)

18:44. “Qarabağ” 2-0 “Neftçi”

Qollar: Toral Bayramov, 50-pen. (1-0), Kamilo Duran, 84 (2-0)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Azersun Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”