Xalq artisti Tünzalə Ağayeva Zəfərimizin 5-ci ilinə həsr olunan bir sıra tədbirlərdə iştirak edib.
“İki sahil” xəbər verir ki, pop ulduz Bulvar ərazisində keçirilən möhtəm konsertdə çıxış edib. Qırmızılara bürünən sənətçi “Gözün aydın olsun, Qarabağ” əsərini səsləndirib. Füsunkar görünən sevilən ulduzu səhnədə rəqqaslar müşayiət edib. Səhnə şousu qədər ulduzun geyimi də diqqət çəkib. Libasının müəllifi dizayner Lali Rüstəmovadır.
Qeyd edək ki, “Gözün aydın olsun, Qarabağ” mahnısının sözləri Fariz Zeynalova, musiqisi isə Xalq artistinin özünə məxsusdur.
"Euronews" Bakı Beynəlxalq İncəsənət Festivalı və onun iştirakçılarına material həsr edib
Bişkekdə azərbaycanlı teatr xadiminə “Çingiz Aytmatov” medalı təqdim edilib - FOTO