Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Mustafa Kamal Atatürkünün vəfatının ildönümü münasibətilə paylaşım edib.
“İki sahil” xəbər verir ki, nazirlik bu barədə sosial media hesabında paylaşım edib.
"Bu gün qardaş Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümüdür. Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq", - paylaşımda qeyd olunub.
Ulu Öndərin müəyyən etdiyi inkişaf xətti Azərbaycanın dayanıqlı tərəqqisinin əsasını təşkil edir
Arzu Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib