10 noyabr 2025 21:42
79

Azərbaycan üzgüçüsü İslamiadada gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

“İki sahil” xəbər verir ki, o, kişilərin 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında fərqlənib.

İdmançı 2.01.16 nəticə ilə 2-ci olub.