Primorsk diyarında Tumannaya çayı üzərindən Rusiya ilə Şimali Koreya arasında körpü tikiləcək.
“İki sahil” xəbər verir ki, məlumata görə, çay Rusiya ilə Şimali Koreya arasında təbii sərhəddir: "Yol körpüsünün təxminən beş kilometr uzunluğunda olması planlaşdırılır. Tikintinin 110 metri aparılıb, həm Rusiya, həm də Şimali Koreya tərəfində dayaqlar quraşdırılıb".
Şimali Koreya üzrə ekspert Frederik Şpor qeyd edib ki, KXDR ilə yol əlaqəsinin yaradılması Rusiyaya ticarət gəmilərinin antirusiya sanksiyaları siyahısına salınması riskini azaltmağa kömək edəcək.