Ötən gün axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının noyabrın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İlk 10 ayda aktiv məşğulluq tədbirləri ilə əhatə olunan şəxslərin sayı açıqlandı