11 noyabr 2025 13:05
89

Əfqanıstan və Pakistan arasındakı İstanbul danışıqları iflasa uğradı

Əfqanıstan və Pakistan nümayəndələrinin İstanbulda keçirdiyi danışıqlar uğursuzluqla nəticələnib.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Xarici İşlər nazirinin müavini Məhəmməd Naim məlumat verib

Naimin sözlərinə görə, danışıqlar nəticəsiz qalsa da, Kabul məntiq çərçivəsində olan istənilən razılaşmaya hazırdır.

Qeyd edilir ki, 10 noyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Əfqanıstan arasındakı münaqişənin həll olunması üçün türk sülh təşəbbüsü planını açıqlamışdı. Türkiyə lideri yaxın zamanda İslamabada XİN, MN, eləcə də xüsusi xidmət orqanlarının rəhbərlərini göndərməyi planlaşdırır. Məqsəd iki ölkə arasında münasibətlərin nizamlanma yollarını müzakirə etməkdir.