11 noyabr 2025 13:55
147

AGF-nin baş katibi: Yarışın tarixi Gəncə şəhərində baş tutması gözəl təşəbbüsdür

Bu gün aerobika gimnastikası üzrə Avropa çempionatında final yarışları keçirilir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fatimə Şəfizadə Gəncənin ilk dəfə ev sahibliyi etdiyi gənclər və 15 yaşadək aerobika gimnastikası üzrə Avropa çempionatı barədə danışarkən deyib.

O, yarışın uğurla keçdiyini bildirib: “Üç gün ərzində gimnastların maraqlı çıxışlarını izlədik. Xaricdən gələn valideynləri burada görmək çox gözəl hissdir. Həqiqətən də tribunalarda yaxşı atmosfer var. Noyabrın 14-16-da eyni məkanda böyüklər arasında Avropa çempionatı təşkil olunacaq. Hər kəsi Gəncədə reallaşan aerobika gimnastikası üzrə Avropa çempionatını izləməyə dəvət edirik. Yeri gəlmişkən, nümayəndə heyəti Gəncə İdman Sarayında olan təşkilatçılıqdan razı qaldı. Biz uzun müddətdir bu turnirə hazırlaşırdıq. Yarışın tarixi Gəncə şəhərində baş tutması gözəl təşəbbüsdür”.

Qeyd edək ki, Avstriya, Bolqarıstan, Çexiya, Rumıniya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Moldova, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna və ev sahibi Azərbaycandan ümumilikdə 380 gimnast çempionluq uğrunda mübarizə aparır.