11 noyabr 2025 14:41
85

Romada tərk edilmiş binada güclü yanğın olub

İtaliyanın paytaxtı Romada tərk edilmiş yaşayış binasında güclü yanğın baş verib.

“İki sahil” xəbər verir ki, əraziyə mülki müdafiə qüvvələri cəlb olunub, yanğın nəzarət altına alınıb. Binadakılar təxliyə edilib.

Hadisə nəticəsində binaya sığınan bir nəfər alovdan qaçmaq üçün yuxarı mərtəbədən tullanıb. Onun xəstəxanaya aparıldığı, vəziyyətinin ağır olduğu bildirilib.

Binanı 150-200 evsiz insan sığınacaq kimi istifadə edib.