Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Milli Məclis sədri bununla bağlı TBMM sədrinə ünvanladığı başsağlığı məktubunda Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbərdən sarsıldığını bildirib.
Spiker Sahibə Qafarova, TBMM-in sədrinə və deputatlarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib