12 noyabr 2025 12:08
102

Aşıq Dirili Qurbani və Aşıq Ələsgərlə bağlı tarixlər UNESCO-nun yubileylər proqramına daxil edilib

Aşıq Dirili Qurbani və Aşıq Ələsgərlə bağlı tarixlər UNESCO-nun yubileylər proqramına daxil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.

Məlumata əsasən, Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi, Aşıq Ələsgərin isə vəfatının 100 illiyi UNESCO-nun 2026–2027 yubileylər proqramına daxil edilib, qərar Baş Konfransın 43-cü sessiyasında təsdiq olunub.