12 noyabr 2025 13:21
108

Hazırda Azərbaycanda Vətən müharibəsi ilə bağlı beş film çəkilir

Hazırda Azərbaycanda Vətən müharibəsi ilə bağlı beş film çəkilir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.

Onun sözlərinə görə, 2023-25-ci illərdə Azərbaycanda 71 filmin istehsalına başlanıb:

"Bunlardan 50-si təhvil verilib. Vətən müharibəsinə həsr edilən filmlərin sayı 15-dir, hazırda bu mövzuda beş filmin çəkilişi davam etdirilir. Tarixi filmlərin çəkilməsi yeni sahədir və bunun üçün Türkiyə ilə əməkdaşlıq edilir. Bilirsiniz ki, xarici film istehsalçıları Azərbaycanı tərənnüm edən filmlər çəkdikdə xərclərin 40 %-ni dövlət qarşılayır. Ona görə də Kino Agentliyinə dövlət büdcəsindən maliyyə vəsaitinin artırılması vacibdir".

F.Cəfərov həmçinin deyib ki, Kino Agentliyinin maliyyə dəstəyilə bir animasiya filmi təhvil verilib, yeddisinin çəkilişi davam edir.