Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi təyin edilən Ceyhun Cəlilov bu təyinatadək Naxçıvanın Baş naziri vəzifəsini tutub.
“İki sahil” xəbər verir ki, o, 2024-2025-ci illərdə həmin vəzifəni icra edib. 2023-2024-cü illərdə isə Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.
Bildirilib ki, Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurub, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirib.
2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.