Almaniya kansleri Fridrix Merts bildirib ki, alman şirkətləri enerji qiymətlərinin artması səbəbindən əziyyət çəkir.
“İki sahil” xəbər verir ki, bu barədə "İzvestiya" xəbər yayıb.
"Almaniyada artım illərdir çox aşağı səviyyədədir. Biz potensialımızı reallaşdırmırıq və iqtisadi məhsuldarlığımız mümkün və lazım olduğu qədər yüksək deyil"- deyə, Merts deyib.
Kanslerin sözlərinə görə, hakimiyyət orqanları problemi həll etmək üçün fəal şəkildə çalışır.