12 noyabr 2025 23:27
82

Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan bayrağı ucaldılıb

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

“İki sahil” xəbər verir ki, layihə Azərbaycanın ABŞ-dəki səfirliyinin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilib və milli suverenliyinin təbliği məqsədi daşıyır.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025-ci il Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilib.