Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Bakı Gəmiqayırma Zavodu" MMC üzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdə özəl investorların cəlbi perspektivlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"IFC-nin Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşdük. Görüş zamanı "AZCON Holding"ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verdik. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik", - deyə nazir qeyd edib.
Nazir tərəflərin həmçinin ictimai nəqliyyat və hava nəqliyyatı üzrə mümkün tərəfdaşlıq sahələri ətrafında fikir mübadiləsinin aparıldığını əlavə edib.
“Enterprise Azerbaijan” portalının “Startup School 3” finalçıları “Demo Day” mərhələsinə hazırlaşır
Metyu Brayza: Azərbaycanın yaşıl enerji, nəqliyyat və mədənçilik sahələri ABŞ investorları üçün yeni imkanlar açır ŞƏRH
Sumqayıtda daha 219 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir