13 noyabr 2025 11:30
97

ABŞ Karib dənizində qayıqları məhv edən hərbçiləri mühakimə etməyəcək

Ədliyyə Nazirliyinin gizli rəyi Karib dənizində narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə edilən hücumlarda iştirak edən hərbçilərin mühakimə olunmamasına zəmanət verir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, həmin sənəd ABŞ hökuməti daxilində bu cür əməliyyatların qanunsuz hesab edilə biləcəyi ilə bağlı narahatlıqlardan sonra hazırlanıb.

Nəşr Venesuela sahillərində qayıqlara edilən hücumların gələcəkdə iştirak edənlər üçün cinayət məsuliyyəti ilə nəticələnməyəcəyini aydınlaşdırıb.

Əvvəllər bildirilirdi ki, ABŞ ordusu Venesuela sahillərində qayıqlara zərbə endirmək üçün MQ-9 Reaper dronlarından, F-35 qırıcı təyyarələrindən və AC-130J hücum təyyarələrindən istifadə edir.