13 noyabr 2025 12:13
117

İxracyönümlü məhsul istehsalının artırılması əsas prioritetlərdəndir

Hazırda Azərbaycanda idxalı əvəz edən və ixracyönümlü məhsul istehsalının artırılması əsas prioritetlərdəndir.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, hazırkı geosiyasi gərginliklərin davam etdiyi bir şəraitdə ərzaq təhlükəsizliyinin təmin olunması, bu sahədə idxalı əvəz edən və ixracyönümlü məhsul istehsalının artırılması da əsas prioritetlərdəndir: "2025-ci ilin 9 ayında qeyri-neft-qaz ixracının 29 %-i ilkin kənd təsərrüfatı məhsulları, 11 %-i kənd təsərrüfatı emalı məhsulları təşkil edib. 2025-ci ildə kənd təsərrüfatı sahəsi, o cümlədən meliorasiya və suvarma infrastrukturu üzrə dövlət investisiya proqramından 124 milyon manat vəsait ayrılıb. 2026-cı il dövlət büdcəsi zərfi üzrə kənd təsərüfatı xərclərinin 2025-ci illə müqayisədə təxminən 5 % artaraq 1,2 milyard manat olması proqnozlaşdırılır".