Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyi tərəfindən İstanbulda “2025 – Azərbaycanda Konstitusiya və Suverenlik İli” çərçivəsində iş adamlarının görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, görüş Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərin, həmçinin Türkiyəyə məxsus hərbi təyyarənin qəzasında həlak olan heyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycanın və Türkiyə Dövlət himnləri səsləndirilib.
Tədbirdə Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev iki ölkə arasındakı qardaşlıq əlaqələrinin iqtisadi sahədə də getdikcə möhkəmləndiyini vurğulayaraq, Azərbaycanın investisiya və ticarət mühiti barədə məlumat verib.
Sonra Türkiyənin ən böyük xarici investoru olan “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov çıxış edərək SOCAR-ın iki ölkə arasındakı iqtisadi əlaqələrdə oynadığı strateji roldan və gələcəyə yönəlik investisiya potensialından bəhs edib.
Tədbirdə, həmçinin Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) İdarə Heyətinin sədri Elşən Quliyev və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) sədri Pərviz Altay çıxış ediblər. Onlar Azərbaycan və Türkiyə iş çevrələri arasındakı həmrəyliyin əhəmiyyətini vurğulayaraq, yeni ortaq layihə və əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Daha sonra iştirakçılara Azərbaycanın investisiya və ticarət imkanları haqqında tanıtım videosu nümayiş etdirilib.
Tədbirin növbəti hissəsində Ticarət Nümayəndəliyinin baş məsləhətçisi Cavid Abdullayev tərəfindən Azərbaycanın iş və investisiya mühiti ilə bağlı əhatəli təqdimat keçirilib.
Görüş sual–cavab hissəsindən sonra iştirakçıların bir-biri ilə tanışlığı və yeni iş əlaqələrinin qurulduğu şəbəkələşmə bölümü ilə yekunlaşıb.
Sosial-iqtisadi inkişaf Strategiyası üzrə 2026-cı ilə dair indikativ planlaşma görüşləri başa çatıb
“Enterprise Azerbaijan” portalının “Startup School 3” finalçıları “Demo Day” mərhələsinə hazırlaşır
Metyu Brayza: Azərbaycanın yaşıl enerji, nəqliyyat və mədənçilik sahələri ABŞ investorları üçün yeni imkanlar açır ŞƏRH