13 noyabr 2025 17:50
84

“Enterprise Azerbaijan” portalının “Startup School 3” finalçıları “Demo Day” mərhələsinə hazırlaşır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı tərəfindən həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının Final – “Demo Day” mərhələsi yaxınlaşır. Tədbirin sərgi hissəsinə 30-dan artıq startap seçilib və onlar beynəlxalq ekspertlər, mentorlar və investorlar tərəfindən qiymətləndiriləcəklər.

“İki sahil” xəbər verir ki, tədbirdə iştirak etmək istəyən innovasiya ekosistemi nümayəndələri və digər maraqlı tərəflər üçün qeydiyyat davam edir.

Tarix: 21 noyabr 2025

Saat: 10:00 – 17:00

Məkan: Azərbaycan İnnovasiya Mərkəzi (Bakı, Atatürk prospekti 93)

Qeydiyyat linki: https://forms.gle/CRWDULQiR7U9XLmb6

Final – “Demo Day” mərhələsində iştirak etməklə startaplarla tanış olmaq, investorlarla fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlıq fürsətlərini araşdırmaq imkanı qazanacaqsınız. Bu, innovasiya ekosistemində aktiv rol almaq üçün unikal fürsətdir.

Qeyd edək ki, bu il “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına 140-dan çox startap müraciət edib, onlardan 126 komanda layihədə iştirak hüququ qazanıb. Bu komandalara 30-a yaxın nüfuzlu mentor tərəfindən təlimlər keçirilib. 40-a yaxın yerli və beynəlxalq tərəfdaş, o cümlədən ABŞ, Türkiyə, Pakistan, Malta və Azərbaycandan olan vençur fondları proqramın uğurla icrasına dəstək verib.