İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində növbəti nəticə indikatorları üzrə hədəf göstəricilərinin planlaşdırılması istiqamətində dövlət qurumlarının nümayəndələri ilə keçirilən görüşlər yekunlaşıb.
“İki sahil” xəbər verir ki, müzakirələrdə Strategiyada nəzərdə tutulan tədbirlərin icrası üzrə aidiyyəti 32 dövlət qurumundan 110 nəfər nümayəndə iştirak edib. Görüşlərdə 2026-cı il üzrə qarşıda duran vəzifələr nəzərdən keçirilib, dövrün sonuna monitorinq və qiymətləndirmənin aparılması məqsədilə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi üçün qurumlara tövsiyələr verilib.
Strategiyanın məqsədlərinə uyğun olaraq, sahibkarlara dəstək mexanizmlərinin effektivliyinin, ünvanlılığının və şəffaflığının artırılması, qeyri-neft-qaz əmtəə və xidmətlər ixracının şaxələnməsi, dayanıqlı və rəqabətli kənd təsərrüfatının və aqrobiznesin inkişaf etdirilməsi, Mədəniyyət və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi, iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, makroiqtisadi sabitliyin təmin edilməsi, fiskal tənzimləmənin təkmilləşdirilməsi, məşğulluğun səmərəliliyinin artırılması, sosial cəhətdən həssas əhali qruplarının dayanıqlı sosial xidmətlərlə təminatının artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiya ekosisteminin inkişafı, tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artması, tullantıların səmərəli idarə olunması, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması və digər fəaliyyət istiqamətləri çərçivəsində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.
“Enterprise Azerbaijan” portalının “Startup School 3” finalçıları “Demo Day” mərhələsinə hazırlaşır
Metyu Brayza: Azərbaycanın yaşıl enerji, nəqliyyat və mədənçilik sahələri ABŞ investorları üçün yeni imkanlar açır ŞƏRH
Sumqayıtda daha 219 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir