Bu gün Maliyyə Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
"İki sahil" bu barədə nazirliyə istinadən xəbər verir.
Qeydiyyatdan keçmiş vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə obyektiv və şəffaf şəkildə keçirilən səsvermə nəticəsində "İctimai iştirakçılıq haqqında" Qanuna uyğun olaraq aşağıda adları qeyd olunan 7 nəfər Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü seçilib:
Babayev Mehdi Nadir oğlu – "Gənc Mühasiblər" İctimai Birliyinin üzvü
Novruzova Nuriyyə Zakir qızı – "Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası"nın İdarə Heyətinin sədri
Əhmədov İnqilab Ağacan oğlu – Xəzər Universitetinin Həmkarlar Təşkilatının üzvü
Kərimli Əyyub Zöhrab oğlu – "İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri
Sadıqov Elman Kamil oğlu – "Ekoloji və Aqrar İnkişaf" İctimai Birliyinin üzvü
Əzizov Anar Çingiz oğlu – "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin üzvü
Məmmədov Elşad Yaqub oğlu – Odlar Yurdu Universitetinin Həmkarlar İttifaqı Komitəsinin üzvü
"İctimai iştirakçılıq haqqında" Qanuna uyğun olaraq Maliyyə Nazirliyi yanında fəaliyyət göstərəcək İctimai Şura Nazirliyin fəaliyyətində ictimai iştirakçılığı, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakını, ictimai nəzarəti təmin edəcək.
Həmin Qanuna əsasən Şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir vətəndaş cəmiyyəti institutları Şuranın yeni tərkibini seçir.
Bakı Fond Birjası və USACC 2026-cı il üçün əməkdaşlıq strategiyasını müzakirə ediblər
Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadılıb
Şahin Mustafayev: "Tərtərçay" sağ sahil kanalında tikinti işlərinə başlanılacaq"