13 noyabr 2025 23:15
69

Rusiya Ukraynanın itkilərini açıqladı - 1359-cu gün

Rusiya müharibənin 1359-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 96 284 PUA-sı, 636 zenit-raket kompleksi, 26 000 tank və digər zirehli texnikası, 1 611 reaktiv yaylım atəş sistemi, 31 274 artilleriya və minaatanı, 46 560 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.