Rusiyada Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
"Bu gün, Moskva vaxtı ilə təxminən saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) Kareliya Respublikasında Su-30 təyyarəsi planlaşdırılmış təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb", - Müdafiə Nazirliyi bildirib.
Nazirlik əlavə edib ki, heyət üzvləri həlak olub.
Qeyd edilib ki, təyyarə yaşayış olmayan əraziyə düşüb və sursat olmadan uçurmuş.