Avropa Komissiyası (AK) internetdə kommersiya məqsədilə axtarış alqoritmləri ilə manipulyasiyaya görə "Google"a qarşı araşdırmaya start verib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mətbuat Xidməti məlumat yayıb.
"Məqsəd "Google"un axtarış nəticələrində media mənbələrinə ədalətli, rasional və ayrı-seçkilik olmayan şərtlər tətbiq edib-etmədiyini qiymətləndirməkdir, çünki bu, Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında qanunu üzrə hüquqi öhdəlikdir", - sənəddə deyilir.
AK vurğulayıb ki, "Google"un axtarış nəticələrində "kommersiya kontenti" ehtiva edən və "Google"un tərəfdaşı olmayan şirkətlərə aid media veb-saytlarının və digər media mənbələrinin adlarını məhdud şəkildə təqdim etdiyinə dair sübutlar var.
Qurum bu təcrübənin qəsdən olub-olmadığını və Avropa şirkətlərinin biznes aparmaq imkanlarını zəiflədib-zəiflətmədiyini müəyyən etmək niyyətindədir. Araşdırma tamamlandıqdan sonra şübhələr təsdiqlənəcəyi təqdirdə, "Google" dünya üzrə dövriyyəsinin 10%-ə qədəri həcmində cərimə riski ilə üzləşəcək, AK bu pozuntuların təkrarən olduğunu sübut edərsə, cərimə 20%-ə çata bilər.