14 noyabr 2025 08:48
81

ABŞ artan ərzaq qiymətlərinin qarşısını almaq üçün rüsum güzəştləri hazırlayır

ABŞ prezidenti Donald Trampın administrasiyası ABŞ-da ərzaq qiymətlərinin artmasına cavab olaraq mövcud rüsumlardan genişmiqyaslı güzəştlər elan edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, bu tədbir ABŞ-ın aprel ayında tətbiq etdiyi bəzi sözdə cavab tariflərinə təsir göstərə bilər. Bundan əlavə, Vaşinqtonla hələ ticarət müqavilələri bağlamamış ölkələrdən idxal edilən məhsullar rüsumlardan azad ola bilər.