14 noyabr 2025 09:33
68

KİV: Çin şirkəti 2026-cı ildə yeni nəsil süni intellekt çipini buraxacaq

Çinin texnologiya şirkəti "Baidu" 2026-cı ildə yeni nəsil süni intellekt çipi "Kunlun M100"ü buraxmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Yicai" nəşri yazıb.

"Kunlun M100" daha optimallaşdırılmış performansa malik olacaq. Bundan əlavə, "Baidu" 2027-ci ildə təlim və məlumat çıxarmaq üçün daha güclü M300 çipi buraxmağı da planlaşdırır.

"Baidu"nun "Kunlun" çipləri artıq Çində onlayn maliyyə, enerji, nəqliyyat və təhsil kimi sektorlarda istifadə olunur.

Avqust ayında "Baidu"nun "Kunlun" çipləri ilə işləyən süni intellekt serverləri mobil operator "China Mobile" tərəfindən keçirilən tenderdə qalib gəlib. Nəşr yazır ki, bu, Çin süni intellekt çiplərinin genişmiqyaslı infrastruktur layihələrində istifadəsinə doğru mühüm addım olub.

"Baidu" 2011-ci ildə öz çiplərini hazırlamağa başlayıb. 2021-ci ildə ayrıca ixtisaslaşmış şirkət "Kunlunxin" yaradılıb.