14 noyabr 2025 10:45
114

Xalq artisti Tünzalə Ağayeva 17 il sonra bu hitə YENİ NƏFƏS

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini təqdim edib.

“İki sahil” xəbər verir ki, pop ulduz 2008-ci ildə oxuduğu “Görüşək” hitinin remake formasını dinləyicilərinin ixtiyarına verib. 

Mahnın sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğluya, musiqi isə Xalq artistinin özünə məxsusdur. Yeni versiyanın aranjımanını Emin Karim edib. Reçitativ hissə Çingiz Əliyevə aiddir. 

Qeyd edək ki, layihənin direktoru Yalçın Cabbarovdur.