Nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımızın effektivliyi qardaş dövlətlərin iqtisadi inkişafının və uzunmüddətli sabitliyinin zəmanətidir.
“İki sahil” xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, tədbir və ən əsası xüsusi xidmət orqanlarının daimi birgə işi ölkələrimizin təhlükəsizliyi, sabitliyi və rifahı ilə bağlı ümdə məsələlərin həllinə kömək edəcək, xalqlarımızın dinc və firavan inkişafına töhfə verəcək.
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - FOTO
Ufuk Turganer: Prezident İlham Əliyevin Şimali Kiprə verdiyi dəstək bizim üçün çox önəmlidir
Azərbaycanla Pakistanın ombudsman aparatları arasında əməkdaşlıq müzakirə olunub